:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ-da həbsdə olan türkiyəli bankir azadlığa buraxılıb və İstanbula göndərilib

Font

ABŞ-da həbsdə olan Türkiyənin "Halk” bankının baş direktorunun keçmiş müavini Mehmet Hakan Atilla azadlığa buraxılıb və iyulun 24-də Nyu-Yorkdan İstanbula göndərilib.

Məlumatı "Haber7” yayıb.

Onu Nyu-Yorkdan Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç və Baş konsul Alpər Aktaş yola salıb.

Xatırladaq ki, Hakan Atilla 2017-ci il martın 27-də Nyu-Yorkun Kennedi hava limanından Türkiyəyə qayıdanda həbs olunmuşdu. Ağ ev onu İrana qarşı sanksiyaları pozmaqda ittiham edirdi.