:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb

Font

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 531 daşınmaz əmlak obyekti əldə ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 117 dəfə çoxdur.

Bu barədə Türkiyə Dövlət Kadastrı və alqı-satqı Agentliyi məlumat verib.

Məlumatlara görə, bu ilin yanvarında Azərbaycan vətəndaşları Türkiyədə 95, fevralda 105, martda və apreldə 87, mayda isə 90 daşınmaz əmlak alıb.

Qeyd edək ki, 2019-cu ilin iyun ayında Türkiyədə 61 355 daşınmaz əmlak satılıb, bu da 2018-ci ilin iyun ayına nisbətən 48,6 faiz azdır. Türkiyədə satılan daşınmaz əmlakların 2689-u xaricilərə satılıb ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 30,5 faiz çoxdur.