:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda yaşayan ukraynalılar seçkilərdə Zelenskinin tərəfdarlarının partiyasını dəstəkləyib

Font

Ukraynanın Mərkəzi Seçki Komissiyası xarici dairələrdə səslərin 100 faizini saydıqdan sonra Ali Radaya seçkilər üzrə səsvermənin nəticələrini elan edib.

"Report" Ukrayna MSK-ya istinadən xəbər verir ki, xaricdə yaşayan ukraynalılar dünyanın 72 ölkəsində 102 seçki məntəqəsində səs vermək imkanına malik olublar.

Azərbaycandakı seçki məntəqəsində seçicilərin 42,35 faizi prezident Vladimir Zelenskinin tərəfdarlarının partiyası olan Xalqın Xidmətçisi Partiyasına səs veriblər.

Qeyd edək ki, Ukraynada Ali Radaya seçkilər dünən keçirilib. Partiya siyahısı üzrə parlamentdə təmsil olunmaq hüququ qazanan partiyalara 225 mandat veriləcək, daha 199 deputat isə birmandatlı dairələrdən seçiləcək. MSK-nın səslərin 30,9 faizini emal etməsindən sonra açıqladığı nəticələrə əsasən, prezident Zelenskinin tərəfdarlarının partiyası 42,12% səslə liderlik edir. Onları Viktor Medvedçuk, Yuri Boyko və Vadim Rabinoviçin Müxalifət Platforması - Həyat Uğrunda Partiyası (12,69%), sabiq prezident Petro Poroşenkonun Avropa Həmrəyliyi Partiyası (8,7%), keçmiş baş nazir Yuliya Timoşenkonun "Batkivşina" partiyası (8,2%) və musiqiçi Svyatoslav Vakarçukun Qolos Pariyası (6,4%) izləyir.