:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

KİV: Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhammedov vəfat edib

Font

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun ölüm xəbəri yayılıb.

Bu barədə "Qovorit Moskva'" Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayevə istinadən məlumat yayıb.

A. Rubayev Aşqabadda çalışan biznesmenlərin Türkmənistan Prezidentinin ölümü barədə ona məlumat verdiklərini bildirib. Xüsusi xidmət orqanlarının əməkdaşları biznesmenlərə Q. Burdıməhəmmədovun məzuniyyətə çıxdıqdan sonra qəfil vəfat etdiyini bildiriblər. Türkmənistan Prezidenti iyulun 15-dən məzuniyyətə çıxıb.

İlk dəfə Q. Berdıməhəmmədovun ölümü barədə "ElMurid" Telegram-kanalı məlumat yayıb. "Azad Türkmənistan" "YouTube" kanalı isə Türkmənistan Prezidentinin iyulun 20-də öldüyünü açıqlayıb. Q. Berdıməhəmmədovun kəskin böyrək çatışmazlığından öldüyü bildirilir.

Qeyd edək ki, Q. Berdıməhəmmədov 2006-cı ildən Türkmənistana rəhbərlik edir.