:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Azercell" jurnalistlərə 1 875 dəqiqə hədiyyə edəcək

Font

Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom” şirkəti Azərbaycanda Milli Mətbuat günü münasibətilə jurnalistləri özünəməxsus şəkildə təbrik edib.

Şirkətdən verilən məlumata görə, Həsən bəy Zərdabinin 1875-ci ilin 22 iyul tarixində yaratdığı "Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın artıq 144-cü ildönümüdür və "Azercell” ölkə jurnalistlərini bu əlamətdar gün münasibətilə özünəməxsus şəkildə təbrik edir. Belə ki, "Mediacell” tarif paketinin bütün istifadəçiləri Milli Mətbuat günündə şirkətdən hədiyyə olaraq 1 875 şəbəkədaxili danışıq dəqiqəsi əldə edəcək. Hədiyyə dəqiqələrindən yararlanmaq üçün 22 iyul tarixi ərzində 1 875 açar sözünü 5005 qısa nömrəsinə göndərmək lazımdır. "Mediacell” tarifinin abunəçiləri hədiyyə qismində təqdim olunan danışıq dəqiqələrindən 30 gün ərzində faydalana biləcək.

"Mətbuat nümayəndələri üçün "Mediacell” adlı xüsusi tarif paketi təklif edən ilk operator olan "Azercell” ölkədə jurnalistikanın inkişafına yardım edən layihələri hər zaman dəstəkləyib, bu istiqamətdə bir çox təşəbbüslər həyata keçirib. Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və məlumat sessiyaları təşkil edərək, jurnalistlərin peşəkar inkişafına öz töhfəsini verib, onların beynəlxalq təcrübələrdən bəhrələnməsinə şərait yaradıb. İndiyədək 400-dən çox jurnalist "Azercell”in ingilis dili üzrə təşkil etdiyi kursların iştirakçısı olub. "Azercell” Milli Mətbuat günü münasibətilə bütün media nümayəndələrini təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır”, - deyə şirkətin məlumatında deyilir.