:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda saxta pul satan şəxs saxlanılıb

Font

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsnin əməkdaşları tərəfindən saxta pul satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisində Bakı şəhər sakini B. Hüseynbəyli 1 ədəd 50 manatlıq və 4 ədəd 100 manatlıq saxta əsginasları 170 manata satarkən saxlanılıb.

Araşdırma aparılır.