Antuan Qrizmannın "Barselona"ya keçidi ilə bağlı araşdırma başlayıb
- Yerləşdirilib: 2019-07-20 10:32:05
Fransa milli komandasının futbolçusu Antuan Qrizmannın İspaniya təmsilçiləri"Atletiko”dan "Barselona”ya keçidi ilə bağlı araşdırma başlanıb.İspaniya Kral Futbol Federasiyası Kataloniya təmsilçisinin oyunçu ilə danışıqları qaydalar çərçivəsində aparıb-aparmadığını müəyyənləşdirməyi zəruri sayıb.Buna "Atletiko” rəhbərliyinin quruma şikayət etməsi səbəb olub. Madrid klubu "Barselona”nın futbolçu ilə qaydalarla icazə verilən vaxtdan əvvəl danışığa başlamasından narazıdır.Məhz bu səbəbdən 28 yaşlı futbolçunun keçidi 200 milyon deyil, 120 milyon avroya başa gəlib. "Atletiko” da həmin 80 milyonun verilməsi tələbini irəli sürüb.Qeyd edək ki, 2014-cü ildən "Atletiko”da çıxış edən A.Qrizmann bu müddətdə 180 oyuna 94 qol vurub.
XƏBƏRLƏR
- 2019-12-06
- 20:07
Sergey Lavrov ABŞ-a səfər edəcək
- 19:03
Merkel: “Alman faşistlərinin törətdiyi cinayətlərə görə utanıram”
- 18:03
Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir
- 17:50
Bank VTB (Azərbaycan)-ın kollektivi ağacəkmə aksiyasına qoşulub
- 17:02
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib
- 16:10
OPEC+ ölkələri neft hasilatında proporsional əlavə azalmanı gələn ilin ilk rübündə müzakirə edəcək
- 15:58
“Çelsi”nin transfer qadağası ləğv edilib
- 15:31
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
- 14:26
Habil Vəliyev azadlığa buraxılıb
- 14:21
"WhatsApp" kütləvi mesajları qadağan edir
- Davamı