:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Maliyyə Bazarlarına Nəzarət Palatası "TACH” şirkətini cərimələyib

Font

Maliyyə Bazarlarına Nəzarət Palatası "TACH” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələyib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, 1284.92 dollar (6424,60 ABŞ dollarının iyirmi faizi miqdarında ) cərimə edilib.

Məcəllənin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

"TACH” şirkəti cərimə ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarından apelyasiya şikayəti verib.

Şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Məmmədovun sədrliyi ilə baxılır.

Qeyd edək ki, "TACH" MMC təmizlik vasitələrinin satışını həyata keçirən şirkətdir.