:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

BNA: Bakı-2019-un açılış mərasimi zamanı 11500 sərnişinin daşınması planlaşdırılır

Font

Bakı-2019 - XV Avropa Gənclər Yay Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrası da Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçiriləcək.

Agentlikdən verilən məlumata görə, məqsəd nəzərdə tutulan nəqliyyat əməliyyatlarının daha rahat və təhlükəsiz təşkil etmək, tədbirlərin keçirildiyi məkanlara gedərkən şəxsi nəqliyyat vasitəsindən istifadəni minimuma endirməkdir.

Bildirilib ki, planlaşdırılan nəqliyyat tədbirlərinin insanların gündəlik həyat ritminə mənfi təsirlərinin qarşısını almaq da qarşıya qoyulan əsas məqsədlərdəndir: "Məlumat üçün bildirək ki, 20-28 iyul tarixlərində Bakı şəhərində keçiriləcək "XV Avropa Gənclər Yay Olimpiya Festivalı” ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən bir sıra işlər görülüb və qarşıdakı günlərdə də müəyyən tədbirlərin icrası davam etdiriləcək. Festivalın açılış (21.07.2019) və bağlanış (27.07.2019) mərasimləri zamanı daşımalar iki ekspress marşrut xətləri ilə həyata keçiriləcək. Hər iki ekspress xətt üzrə daşınmaların həyata keçirilməsi üçün 40 ədəd İveco, İsuzu markalı avtobusun ayrılması planlaşdırılır. Açılış və bağlanış mərasimlərinə atletlərin, tədbir iştirakçılarının, media işçilərinin daşınması üçün isə 106 Neopla, 35 ədəd Mercedes Sprinter avtobusların ayrılması planlaşdırılır. Açılış mərasimi zamanı Atletlər kəndi, Bulvar otel, Heydər Əliyev Arenası, Gəncəli Plaza və X1, X2 ekspress xətləri üzrə 11500 sərnişinin daşınması planlaşdırılır. Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərdə ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək.