:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bazarda yumurtadan kütləvi zəhərlənmə olub-Bakıda

Font

Bakıda "Sədərək" Ticarət Mərkəzində, "Meyvəli" bazarda kütləvi zəhərlənmə olub.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10.14 daxil olub.

Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıblar. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib.

Təcili Tibbi Yardım briqadası həmin 3 nəfəri də Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə aparıb.

Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Nazirlikdən bildirilib ki, hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Onların vəziyyətləri orta-ağırdır.(report)