:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Kristin Laqard vəzifəsindən gedir

Font

Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard elan edib ki, vəzifəsindən gedir.

O öz qərarını Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə təsdiqlənməsinə dair səsverməyə cəmi bir neçə saat qalmış səsləndirib. K. Laqard, AMB-nin rəhbəri təyin edilərsə, o, Avropa Mərkəzi Bankının tarixində bu vəzifədə ilk qadın olacaq.

K.Laqard bildirib ki, vəzifəsindən sentyabrın 12-i gedəcək.

Xatırladaq ki, 63 yaşlı Laqard 75 ilə yaxındır fəaliyyət göstərən Beynəlxalq Valyuta Fondunun ilk qadın rəhbəridir.