:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sabirabadda yanan mağazaların sayı 3-ə çatıb

Font

16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 1060 kv.m olan 2 mağaza və ümumi sahəsi 7650 kv.m olan Mərkəzi bazarın ərazisində 3 dükan 70 kv.m sahədə (ümumi 1130 kv.m) yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.