:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunub

Font

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmriylə "BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin olunub.

Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, Əbülfət Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub.Uzun müddət BDU-nun hüquq fakültəsində "Konstitusiya hüququ” və "İnzibati hüquq” fənlərindən dərs deyib.

1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir.

Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib.