:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aİ Azərbaycanın ən iri investorudur

Font

Avropa İttifaqı (Aİ) Azərbaycanın neft və qeyri-neft sektorlarında ən iri investordur.

Bu barədə Aİ-nin materiallarında deyilir.

Qeyd olunur ki, Aİ ticarət sahəsində Azərbaycanın ən iri tərəfdaşıdır: "2018-ci ildə Aİ-nin Azərbaycanın ticarətində payı 41,7 faiz təşkil edib. Aİ Azərbaycan üçün ən iri ixrac (54,3 faiz) və idxal (20,3 faiz) bazarıdır”.

Aİ-nin Azərbaycandakı biznes mühiti ilə bağlı beş prioritet islahatı arasında vergi, gömrük, təhsil, hüquq və maliyyə sahələrində şəffaflığın və sabitliyin təmin olunması yer alıb.