:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bak-Tbilisi qatarında baş vermiş hadisənin SƏBƏBİ məlum olub

Font

Ötən gecə Bakı-Tbilisi qatarında yaranmış problemin səbəbi məlum olub.

Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən (QSC) Trend-ə verilən məlumata görə, hadisə gecə saat 23:20 radələrində baş verib:

"Ötən gecə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub. Hərəkətdə olan 38/saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb".

QSC-dən bildiriblər ki, hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat gecikmə qeydə alınıb.