:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Bakıda gül mağazasında yanğın baş verib

Font

Bakının Nizami rayonu, Qara Qarayev prospektində yanğın baş verib.

Hadisə metronun "Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı "Ağ çiçəyim" gül dükanında qeydə alınıb.

Bununla əlaqədar əraziyə yanğın söndürmə və digər operativ nəqliyyat vasitələri cəlb edilib. Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da ərazidə müvafiq tədbirlər görür.