:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Prezident Administrasiyası: Xaricdəki diplomatik nümayəndəliklərimizin sayı artmaqdadır

Font

"Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayı artmaqdadır. Bu, xarici siyasətimizin coğrafiyasının genişlənməsinin bariz nümunəsidir".

Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident Kitabxanasının "Azərbaycan diplomatiyası" adlı elektron resursunun təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda da xarici diplomatik nümayəndəliklərinin sayı artır.

Şöbə müdiri bildirib ki, bu gün Azərbaycan diplomatiyası öz peşəkarlığı ilə dövlət başçısı tərəfindən qoyulan tapşırıqları qətiyyətlə, əzmlə və sədaqətlə yerinə yetirir: "Diplomatlarımız çox çətin ölkələrdə, ictimai-siyasi vəziyyəti ağır dövlətlərdə, vətəndən çox-çox uzaqda ölkəmizi layiqincə təmsil edirlər. Sevindirici haldır ki, onların sırasında gənclər, gənclərin də arasında qadınların sayı artır".

H. Hacıyev qeyd edib ki, bu gün ADA Universitetinin məzunları Xarici İşlər Nazirliyində, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışırlar.