:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Baş Nazirin müavini: "Ağacların qanunsuz kəsilməsinə münasibətim kifayət qədər kəskindir"

Font

"Azərbaycanda ağacların qanunsuz kəsilməsinə münasibətim kifayət qədər kəskindir. Prezident İlham Əliyev dəfələrlə bu məsələ ilə əlaqədar açıq və kəskin mövqeyini ifadə edib".

Bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O vurğulayıb ki, Azərbaycan qanunvericiliyində ağacların qanunsuz kəsilməsinə görə inzibati və daha ağır tədbirlərin görülməsi nəzərdə tutulur.

Baş Nazir müavininin sözlərinə görə, müvafiq qurumlar üzərlərinə düşən vəzifələri və öhdəlikləri layiqincə yerinə yetirməlidir ki, ağacların qanunsuz kəsilməsinə imkan verilməsin: "Əlbəttə, Azərbaycanda iqtisadiyyat inkişaf etdikcə, yeni iş yerləri yarandıqca, müəssisələr işə salındıqca, buna yerlər lazım olur. Amma təbii ki, bunların heç biri ağacların kəsilməsi hesabına olmamlıdır. Çünki bu ağaclar hər bir vətəndaşın sağlam ekoloji mühitdə yaşaması üçün lazımlıdır. Biz çalışırıq, geniş miqyasda ağaclar əkilir, yaşıllıq zolaqları salınır ki, havanın təmizliyi təmin edilsin".