:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Türkiyə vətəndaşı Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadının pulunu oğurlayaraq ailəsinə göndərib

Font

Türkiyə vətəndaşı Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadının pulunu oğurlayaraq Türkiyədəki ailəsinə göndərib.

Yasamal rayon sakini Mehriban Hacıyeva polisə müraciət edərək 2000 ABŞ dollarının oğurlandığını bildirib.

Araşdırma zamanı pulu onun qeyri-rəsmi nikahda yaşadığı Türkiyə vətəndaşı Ali Şevket tərəfindən oğurlandığı məlum olub.

A.Şevket saxlanılıb. O, törətdiyi əməli etiraf edib. A.Şevket bildirib ki, pulu oğurlayandan sonra Türkiyədə yaşayan ailəsinə göndərib.

Faktla bağlı araşdırma aparılır.