:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanın Xarici işlər naziri Peru Konqresinin sədri ilə görüşüb

Font

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Peru Respublikasına işgüzar səfəri çərçivəsində Peru Konqresinin sədri Daniel Enrique Salaverry Villa ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Peru parlamentinin Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi bəyanatlarda ifadə etdiyi ədalətli mövqeyinə görə təşəkkürünü bildirdi, ölkəmizlə Peru arasında parlament diplomatiyasının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, Konqresin sədri və görüşdə iştirak edən Konqresin Mədəniyyət Komitəsinin sədri və Peru-Azərbaycan dostluq qrupunun sədri, konqresmen Dalmiro Palomino Ortiz, konqresmen Xuan Karlos del Aqila və dostluq qrupunun üzvü, konqresmen Viktor Andres Garcia Belaunde Azərbaycana səfərləri haqqında xoş təəssüratlarını bölüşərək, ölkəmizin inkişafı, dünyada mədəniyyətlərarası dialoqun inkişafı sahəsində töhfəsini yüksək qiymətləndiriblər.

Görüşdə, həmçinin Azərbaycanın Peru və ümumilikdə Latın Amerikası ilə münasibətlərinin müxtəlif sahələrini əhatə edən səmərəli müzakirələr aparılıb.