:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Pakistanda bərə aşdı - 8 nəfər öldü, itənlər var

Font

Pakistanın şimal-şərqində bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, Tarbela gölündə sərnişinləri daşıyan bərə qəzaya uğrayıb. Məlumata görə, qəza anında bərədə 50 nəfər olub.

Bərənin sərnişinlərin həddən çox olması səbəbindən aşdığı bildirilir.

Artıq ikisi qadın olmaqla 8 nəfərin meyiti göldən çıxarılıb. Hazırda xilasedicilər göldə digər şəxslərin axtarışlarını aparırlar.