:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ABŞ Ukraynada silah anbarının tikintisinə 4 mln. dollar ayırır

Font

ABŞ şərti silah arsenallarının idarə edilməsi üzrə imzalanmış memorandumun nəticələrinə əsasən, Ukraynada partlayıcı maddələr üçün altı anbarın tikintisinə 4 mln. dollar ayırır.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Müdafiə Nazirliyi üçün anbarların tikintisi növbəti iki il ərzində nəzərdə tutulur.
Bildirilir ki, bu layihə sursat anbarlarının mühafizəsinin gücləndirilməsinə və təhlükəsizliyinə imkan yaradacaq.