:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Gürcü Arzusu" Partiyası parlament sədri postuna namizədini müəyyənləşdirib

Font

Gürcüstanda hakim "Gürcü Arzusu" Partiyasının bu gün keçirilən siyasi şurasının iclasında Arçil Talakvadzenin parlament sədri postuna namizədliyi səsə qoyularaq qəbul edilib.

Bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında partiyanın üzvü, millət vəkili Ruslan Hacıyev məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda Gürcüstan parlamentində yeni sədrin müəyyənləşdirilməsi məqsədi ilə səsvermə keçiriləcək.