:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Qara Qarayev prospektində yanğınla bağlı maşınların hərəkəti məhdudlaşdırılıb

Font

Qara Qarayev prospektindəki (metronun "Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb.

BNAA xəbər verir ki, Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb.

Bu səbəbdən də 11;12;7A 15;22;30;32;35;36;40;44;49;50;51;57;60;62;64;81;103;105;141;214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.