:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Məhkəmə Saakaşviliyə parlament seçkilərində namizəd kimi iştirak hüququ verib

Font

Kiyevin Peçerski rayon məhkəməsi Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin 5 il davamlı şəkildə Ukraynada yaşamaq hüququnu təsdiqləyib.

RİA Novosti verdiyi xəbərə görə, bu Mixeil Saakaşvilinin parlament seçkilərində namizəd kimi qeydiyyatdan keçməsinə imkan yaradacaq.

Qeyd edək ki, mayın 28-də Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb. Ukraynaya qayıdan Saakşvili "Yeni qüvvələrin hərəktaı" partiyası ilə iyulun 21-də keçiriləcək parlament seçkisində iştirak edəcəyini bildirib. Lakin Saakaşvilinin uzun müddət Ukrayna ərazisində yaşamaması ilə əlaqədar onun seçkidə iştirakına icazə verilməyəcəyi bildirilirdi.