:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Sahil Babayev: “Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”

Font

"Pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, Azərbaycanda orta əmək haqqı artımı proqnozu bu il üçün 15 faizdir: "Buna uyğun olaraq, gələn il yanvar ayının 1-dən indeksiyaya ilə bütün pensiyaçılarımızın pensiyaları əlavə olaraq 15 faiz artacaq. Bu, sadəcə proqnozdur. Pessimist proqnozla 12-13 faiz artım, orta proqnozla 15 faiz artım gözlənilir. Bunun nəticəsində gələn il yanvarın 1-dən bütün pensiyalar həmin proqnoza uyğun olaraq indeksasiya ediləcək”.