:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Merkel Rusiyaya qarşı sanksiyaları zəiflətmək üçün şərtləri açıqlayıb

Font

"Hesab edirik ki, Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmalarının reallaşdırılmasında irəliləyiş olacağı təqdirdə zəifləyə bilər".

Bunu Almaniya kansleri Anqela Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə Berlində keçirdiyi birgə mətbuat konfransında deyib.

"İrəliləyiş əldə olunmayana kimi sanksiyalar aradan qaldırıla bilməz. Biz Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə etmədik, onların davam etdirilməsini müzakirə etdik", - deyə A.Merkel qeyd edib.

Merkel həmçinin Rusiyanın AŞPA-ya qaytarılması üçün səylərin göstərildiyini bildirib: "Rusiyanın qayıtmasına gəldikdə isə, biz müxtəlif cəhdlər etmişik, amma hələ bu prosesi başa çatdırmamışıq. Hazırda da bu istiqamətdə müəyyən səylər göstərilir. Lakin bu hər bir vəchlə baş verməyəcək. Bunun üçün müəyyən şərtlər həyata keçirilməlidir”.