:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Qarabağ"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşib

Font

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılmış püşk nəticəsində məlum olub. Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Albaniyanın "Partizani" komandasına rəqib olub.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək. "Qarabağ" ilk matçını səfərdə keçirəcək.

Çempionlar Liqası

I təsnifat mərhələsi

9-10 və 16-17 iyul
"Nomme Kalyu" (Estoniya) - "Şkendiya" (Makedoniya)
"Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya)
"Ararat" (Ermənistan) - AIK (İsveç)
"Astana" (Qazaxıstan) - ÇFR (Kluj, Rumıniya)
"Lüdoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarstan)
"Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya) - "Sutyeska" (Monteneqro)
"Seltik" (Şotlandiya) - "Sarayevo" (Bosniya və Herseqovina)
"Şerif" (Moldova) – "Saburtalo" (Gürcüstan)
"Düdelanj" (Lüksemburq) - "Valletta" (Malta)
"Linfild" (Şimali İrlandiya) - "Rusenborq" (Norveç)
"Valyur" (İslandiya) - "Maribor" (Sloveniya)
"Dandalk" (İrlandiya) - "Riqa" (Latviya)

TNS (Uels) - İlkin mərhələnin qalibi
HİK (Finlandiya) - "HB Torshavn" (Farer adaları)
BATE (Belarus) - "Pyast" (Polşa)