:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstan XİN: Ekspertlər iyunun sonunda Azərbaycanla sərhədin razılaşdırılmamış sahələrinə birgə baxış keçirəcəklər

Font

"Gürcüstan və Azərbaycan arasında sərhədin razılaşdırılmamış sahələrinə ekspertlərin birgə baxışının yaxın zamanlarda həyata keçiriləcəyi gözlənilir”.

Bunu Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmisi Vladimer Konstantinidi jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, ekspertlər razılaşdırılmamış sahələrə iyun ayının sonunda baş çəkəcəklər: "Komissiyanın fəaliyyəti işgüzar rejimdə davam edir. Ekspertlərin iyun ayının sonunda sərhədin razılaşdırılmamış sahələrinə baxış keçirəcəyi gözlənilir”.