:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Mətanət Əsədova avtomobil qəzası keçirib - VİDEO

Font

Müğənni Mətanət Əsədova avtomobil qəzası keçirib.

İfaçı bu barədə aparıcı Murad Əzimzadənin ATV-də yayımlanan "Bir axşam" verilişində danışıb.

O, efirə gələrkən qəza keçirdiyini deyib. Daha doğrusu, Əsədova qəza ilə bağlı üstü örtülü danışıb, aparıcı isə onun icazəsilə bu barədə açıqlama verib.

Qəza nəticəsində avtomobilə ziyan dəysə də, müğənni xəsarət almayıb.


Qəribə də olsa, müğənni efirdən sonra, dünən gecə saatlarında "İnstagram" hesabında qəza xəbərinin yalan olduğunu yazıb:

"Əzizlərim, şükür, mən yaxşıyam. Narahat olmayın, salamatam. Şayiələrə inanmayın".

VİDEO