:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Slutski: "Rusiya AŞPA-nın heç bir sanksiyasına dözməyəcək"

Font

"Milli nümayəndə heyətlərinin hüquqlarından məhrum edilməsini qadağan edən qətnamə qəbul olunsa, biz Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) qayıtmağa hazırıq”.

Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski deyib. 

"Qətnamə təsdiqlənəcəyi təqdirdə, Rusiya nümayəndə heyəti iyunun 25-dən AŞPA-ya fəaliyyətini bərpa etməklə bağlı ərizə göndərəcək. Rusiya AŞPA-nın heç bir sanksiyasına dözməyəcək”, - deyə L.Slutski qeyd edib.

Onun sözlərinə görə, hesabatda Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə dair bir məhdudiyyət belə olsa, Rusiya təşkilatda qalmayacaq: "Biz yalnız eyni hüquqlar olması şərti ilə qayıdacağıq”. 

Qeyd edək ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra AŞPA Rusiya nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edib. Nəticədə Rusiya nümayəndə heyəti AŞPA-nın fəaliyyətində iştirak etməkdən imtina edib.(apa)