:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazir: Azərbaycanda vergi islahatları müsbət nəticə verir

Font

Azərbaycanda vergi sahəsində keçirilən islahatlar səmərəlidir.

Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov Bakıda 5-ci Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

Nazir qeyd edib ki, vergi öhdəliklərinin könüllü icra olunması artıb.

Onun sözlərinə görə, 2020-ci ilədək vergi qanunvericiliyinə mühüm dəyişikliklərin edilməsi planlaşdırılmır, amma bəzi texniki dəyişikliklər gözlənilir:

"Qeyri-rəsmi fəaliyyət, qeyri-leqal sahibkarlıq, kölgə iqtisadiyyatı bizim üzləşdiyimiz əsas problemlərdir və biz onların aradan qaldırılması üçün tədbirləri davam etdirəcəyik”.