:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Baş nazir: "ABŞ sanksiyaları İran-Pakistan qaz boru kəmərinin çəkilişində çətinlik yaradıb"

Font

"ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiyalar İran-Pakistan qaz boru kəmərinin çəkilişində çətinliklər yaradıb".

"Sputnik” verdiyi xəbərə görə, bu barədə Pakistanın baş naziri İmran Xan deyib.

"Hazırda bu sahədə elə ciddi bir irəliləyiş yoxdur. Bunun səbəbi isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarıdır”,- deyə İmran Xan bildirib.

Qeyd olunur ki, İran təbii qazını Pakistana daşıyacaq boru kəmərinin İran hissəsinin çəkilişi yekunlaşsa da, Pakistan hissəsinin çəkilişi hələ tamamlanmayıb.