:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Şahin Mustafayev: "Azərbaycan Aİ-nin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır"

Font

"Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr enerji, ticarət, texnologiya sahələrində inkişaf edir. Azərbaycan –Aİ biznes forumunda 1000-dən çox şirkət və iş adamları iştirak edir".

Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Aİ-nin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Aİ-nin Cənubi Qafqazdakı ticarət dövriyyəsinin 78 faizi Azərbaycanın payına düşür: "Avropa İttifaqı Azərbaycanın iqtisadiyyatına  70 milyarddan çox sərmayə yatırıb. Azərbaycanın Aİ ölkələrinin iqtisadiyyatına yatırımı isə 15 milyard dollardır". 

Nazir deyib ki, Azərbaycanda 1600 Avropa şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin sayı daha da arta bilər: "Azərbaycan və Aİ arasında əlaqələrin inkişafı üçün potensial çox böyükdür”.