:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yohannes Han: "Aİ ilə Azərbaycan arasında yeni saziş iqtisadi imkanların artmasına yardım edəcək"

Font

"Azərbaycanla yeni sazişin əldə edilməsi Aİ-nin əsas prioritetlərindən biridir”.

Bu sözləri Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu saziş tərəflər arasında intensivləşən əməkdaşlığın göstəricisi olacaq: "Azərbaycan Aİ-nin əsas tərəfdaşlarından biridir. Bizim üçün önəmlisi Azərbaycanda iqtisadiyyatın diversifikasiyası sahəsində səylərə dəstək verməkdir. Ötən il Azərbaycanda informasiya texnologiya sektoru 9 faiz artıb. Biz bu artımı dəstəkləməyə davam edəcəyik. Ümid edirəm ki, Azərbaycanla Aİ arasında yeni saziş çox yaxın zamanda imzalanacaq”.