:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

XİN: Serbiya Rusiya və ABŞ sammitinə ev sahibliyi etməyə hazırdır

Font

Serbiya öz ərazisində Rusiya və ABŞ sammitini keçirməyə hazırdır.

"İnterfaks" verdiyi məlumata görə, bunu Serbiyanın baş nazirinin birinci müavini, XİN rəhbəri İvitsa Daçiç deyib.

İ.Daçiç bildirib: "Biz bunu artıq iki öncə təklif etmişik, bir daha təklif edəcəyik. Düşünürəm ki, bu ideal qərardır. Belqrad həmişə müxtəlif siyasi qüvvələr üçün görüş yeri olub. Buna görə biz bu danışıqları təşkil etməyə hazırıq".

Onun sözlərinə görə, Belqrad Rusiya və Qərb arasında münasibətlərin düzəlməsi üçün körpü ola bilər.