:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Gürcüstanın sabiq müdafiə naziri yeni siyasi hərəkat yaradıb

Font

Gürcüstanın sabiq Müdafiə naziri İrakli Okruaşvili yeni siyasi hərəkat yaradıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün Tbilisidə hərəkatın təqdimatı keçirilib. Təşkilatın liderləri arasında sabiq nazir İ.Okruaşvili ilə yanaşı siyasətçilər Qubaz Sanikidze, Kote Kemularia və Valeri Gelbaxiani də var.

Yeni Hərəkatın adının "Qalib Gürcüstan" olaraq müəyyənləşdirildiyi bildirilir.

Qeyd edək ki, İ. Okruaşvili Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin rəhbərliyi etdiyi hökumətin tərkibində müxtəlif vəzifələrdə çalışıb. 2006-cı ilin dekabrında müdafiə naziri vəzifəsinə başlayan İ.Okruaşvili 2008-ci ilin dekabrında işdən çıxarılıb.