:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nepalda qasırğa nəticəsində 2 nəfər ölüb, 37 yaralı var

Font

Nepalın Kaylali və Kançanpur rayonlarında baş verən güclü qasırğa nəticəsində azı 2 nəfər ölüb və 37 nəfər xəsarət alıb.

"La Republica" nəşrinin verdiyi xəbərə görə, Nepalın DİN nümayəndəsi bildirib ki, ölənlərin sayı arta bilər, çünki xilasetmə əməliyyatları davam edir.

O həmçinin qeyd edib ki, təbii fəlakət zamanı bir neçə ev və obyektə ziyan dəyib.