:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yaponiyada məktəbli avtobusu qəzaya uğrayıb, 17 nəfər xəsarət alıb

Font

Yaponiyanın Totiqi prefekturasında məktəb avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

ONA xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat yayıb.

Bildirilir ki, avtoqəza zamanı 5 nəqliyyat vasitəsi toqquşub. Onların arasında uşaqları ekskursiyaya aparan məktəb avtobusu da olub.

Nəticədə 15-i aşağı sinif şagirdləri olmaqla, 17 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda polis qəzanın təfərrüatlarını araşdırır.