:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

MDB ölkələrinin prezidentləri oktyabrın 11-də Aşqabadda toplaşacaqlar

Font

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası oktyabrın 11-də Türkmənistan paytaxtı Aşqabadda keçiriləcək.

RİA "Novosti" xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.

"İndi MDB ölkələri üçün bu əhəmiyyətli görüş üçün hazırlıqlar aparılır. MDB ölkələrinin prezidentləri oktyabrın 11-də Aşqabadda toplaşacaq. İclasda MDB-nin daha da güclənməsinə yardım edəcək bir sıra vacib qərarların qəbul ediləcəyi gözlənilir", - S.Lebedev MDB Hökumət Başçıları Şurasının iclasının yekununda keçirilən mətbuat konfransında deyib.