:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Nazirlik: Ölkədə ümumi təhsilin müddəti 12 il təşkil edir

Font

"Məktəbəhazırlıq qrupları ümumi təhsil pilləsi kimi qanunda öz əksini tapıb. Bununla da, ölkədə ümumi təhsilin müddəti 12 il təşkil edir".

Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov media nümayəndələri üçün keçirilən təlimdə deyib.

F. Qədirov qeyd edib ki, bu amil şagirdlərin ümumi təhsil pilləsində 12 il ərzində təhsil almasına imkan verir.

Azərbaycanda məktəblərin mühafizəsi dövlət tərəfindən təmin olunacaq.

Bunu da Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov media nümayəndələri üçün keçirilən təlimdə deyib.

O qeyd edib ki, qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, təhsialanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil ediləcək.