:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Aprelin 28-də keçirilən imtahanların nəticələri açıqlanıb

Font

Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrini elan edib.

Aprelin 28-də imtahan verən həmin şəxslər iş nömrəsini  7727-ə göndərməklə nəticələrlə tanış ola bilər. 

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.