:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Dünyanın ən yüksək gəlirli şirkət rəhbərlərinin reytinqi dərc olunub - TOP-10

Font

"The New York Times"qəzetinin ekspertləri dünyanın ən yüksək ödənişli şirkət rəhbərlərinin illik reytinqini nəşr edib.

Qəzetin verdiyi məlumata görə, adətən şirkət rəhbərləri sıravi işçilərlə müqayisədə 2-3 dəfə yüksək əmək haqqı alırlar. Lakin reytinqdə dərc olunmuş rəqəmlər inanılmazdır.

Siyahıya "Tesla" şirkətinin rəhbəri İlon Mask başçılıq edir ki, onun 2018-ci ildə aldığı kompensasiyanın həcmi 2,284 mlrd. ABŞ dolları təşkil edib. Qəzetin məlumatına görə, bir il ərzində Maskın gəliri 2017-ci ilə nisbətən 45 753 dəfə artıb. Belə ki, 2017-ci ildə İlon "Tesla"dan təxminən 50 min dollar alıb.

Ekspertlər bildirir ki, 2,3 mlrd. dollar hələlik Maska ​aid deyil. Bu rəqəm əvvəlki opsionlardan və səhmdarların razılığı ilə təsdiq edilmiş onillik opsion paketindən ibarətdir ki, bütün bunlar "Tesla"nın göstəricilərinə bağlıdır. "Tesla"nın 20%-nə sahib olan İlon Maskın aylıq məvacibi şirkətdə olan orta aylıq əmək haqqından fərqlənmir.

Ən yüksək gəlirli şirkət rəhbərlərinin reytinqi:

#

CEO

Şirkət

İllik kompensasiya, mln. ABŞ dolları

1

İlon Mask

"Tesla"

                                                2 284

2

Devid Zaslav

"Discovery"

129

3

Nikeş Arora

"Palo Alto Networks"

125

4

Mark Herd

"Oracle"

108

5

Safra Kats

"Oracle"

108

6

Con Lecer

"T-Mobile US"

105

7

Robert Ayger

"Walt Disney"

66

8

Ceyms Heppelman

PTC

50

9

Fabrisio Freda

"Estee Lauder"

48

10

Vivek Şah

"J2 Global"

45