:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Karasin: "Rusiya ilə Azərbaycan arasında regionlararası əməkdaşlıq üçün yeni imkanlar yaranır"

Font

"Ötən ildən bu yana Rusiya və Azərbaycan arasında münasibətlərin genişlənməsi, möhkəmlənməsi üçün çox işlər görülüb. Dövlət başçılarının görüşü bu münasibətlərə xüsusi təkan verir. Təkcə ötən 2018-ci ildə Rusiya və Azərbaycan prezidentləri altı dəfə görüşüblər. Bu çox mühüm amildir".

Bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 14 faiz artığını söyləyən rusiyalı diplomat bu rəqəmin önəmli olduğunu vurğulayıb: "Regionlararası əməkdaşlıq üçün yeni imkanlar yaranır. Rusiyanın 17 regionunun Azərbaycanla birbaşa sazişi var. Bu gün Rusiyadan Azərbaycana gedən turistlərin sayı artır. Ötən il Azərbaycana 800 min rusiyalı turist gedib. Bu olduqca möhtəşəmdir. Çünki insanlar arasında təmaslar iki ölkə arasında münasibətlərin inkişafı üçün olduqca vacibdir. İki ölkənin insanları arasında təmaslar artır.  Bu gün 15 min Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Biz fəxr edirik ki, aparıcı Rusiya ali məktəblərinin filialları Bakıda fəaliyyət göstərir. Yaxın perspektivdə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO-red) Bakı filialı açılacaq. Bir sözlə, bizim münasibətlərimiz inkişafdadır. Münasibətləri bundan sonra da inkişaf etdirməyə niyyətliyik. Prezidentlərin qarşımıza qoyduğu məqsədlər anlaşılandır".

Rusiyalı diplomat ötən il Xəzərin hüquqi statusu ilə konvensiyasının imzalanmasının vacib hadisə olduğunu xatırladıb: "20 ildən çox idi ki, bunun üzərində iş gedirdi".

Q. Karasin 2020-ci ildə iki ölkə üçün strateji əhəmiyyətli olan Samur çayı üzərində körpünün tikintisini yekunlaşacağını söyləyib. "Bu körpünün açılışı birgə sərhədimizdə yerləşən əsas sərhəd keçid məntəqəsinin buraxılış imkanını mühüm dərəcədə artırmağa imkan verəcək".