:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yağış bəzi yerlərdə lokal leysan xarakterli olması nəticəsində əksər çaylarda sululuq artıb

Font

Çaylarda sululuq səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlər ərzində yağan yağış, bəzi yerlərdə lokal leysan xarakterli olması nəticəsində əksər çaylarda sululuq artıb, Gorançay çayında isə qısamüddətli daşqın qeydə alınıb. 

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 80, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az olmaqla 60-70, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 70-120 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, mayın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 435 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 63 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 297 m3/s olmaqla, ongünlük normadan az olub.

Mayın 27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 64 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 95 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 322 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 96 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 201 m3/s təşkil etməklə ongünlük normadan az olub.