:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Hulusi Akar: "Türkiyə Rusiyadan S-400-ü qurmaq üçün personalın gəlməsini gözləyir"

Font

Türkiyənin Müdafiə naziri Hulusi Akar Rusiyanın S-400 raket sisteminin satın alınması məsələsinin həll edildiyini və yaxın gələcəkdə Rusiyadan texniki mütəxəssislərin gəlməsinin gözlənildiyini söyləyib.

H.Akar bu barədə "Habertürk"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, "S-400-in satın alınması mövzusu yekunlaşıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu dəfələrlə təkrarlayıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyi ölkəsinin S-400 raket kompleksini alması ilə bağlı ABŞ-ın tətbiq edəcəyi sanksiyaya etiraz etmişdi.