:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Azərbaycanda Böyük Britaniyanın təxminən 500 şirkəti fəaliyyət göstərir - Səfir

Font

Azərbaycanda Böyük Britaniyanın təxminən 400-500 şirkəti fəaliyyət göstərir.

Bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

Diplomat bildirib: "Azərbaycanda 4-5 min Böyük Britaniya vətəndaşı yaşayır və işləyir. Bu rəqəm dəqiq deyil, tez-tez dəyişir. Azərbaycanda Böyük Britaniyanın təxminən 400-500 şirkəti fəaliyyət göstərir. Bakıda Böyük Britaniyanın böyük biznes ictimaiyyəti var. Burada artıq 20-25 ildir yaşayan vətəndaşlarımız var. Onlar həmişə Bakının günü-gündən müsbətə doğru dəyişdiyini, inkişaf ediyini deyirlər".

K.Krofts daha sonra qeyd edib ki, Bakı yalnız möhtəşəm idman yarışları deyil, həm də mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir yerdir:

"Bakıda danışarkən, biz artıq beynəlxalq standartlardan danışmış oluruq".