:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

XİN başçısı: "Cəmiyyətlərin sülhə hazırlanması üçün ilk növbədə Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkməlidir"

Font

"Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır". 

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın "Kommersant” qəzetində müsahibəsində deyib. 

Müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb, hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib.  

"Azərbaycan dəfələrlə hər iki tərəfdə saxlanan şəxslərin "hamı hamıya" prinsipinə uyğun mübadiləsini təklif edib".

Bunu da Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Kommersant"a müsahibəsində deyib.

Onun sözlərinə görə, saxlanılan şəxslərin və hərbi əsirlərin "hamı hamıya" prinsipinə uyğun olaraq mübadiləsi dünya təcrübəsində qəbul olunur və dəstəklənir: "Bu, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də dəstəklənir. Əminik ki, bu, danışıqların gələcək inkişafı və hər iki ölkənin cəmiyyətlərinin sülhə hazırlığı üçün daha əlverişli emosional fon yarada bilər".

"Azərbaycan münaqişənin ən qısa zamanda həllində maraqlı olan ölkədir və biz hələ də münaqişənin məhz danışıqlar yolu ilə həllinə ümidvarlıqla davam edirik".

Xarici İşlər naziri Elmar Məmmədyarov "Kommersant"a müsahibəsində deyib.

"Düşünürəm ki, Ermənistan tərəfi də bunda maraqlı olmalıdır. Axı, münaqişənin uzanması Ermənistan xalqına çoxsaylı insan əzabı gətirib. Bütün bu illər ərzində Azərbaycan torpaqlarının ələ keçirilməsi və onların hələ də davam edən işğalı Ermənistan üçün heç bir ciddi dividend qazandırmayıb. Əvəzində yoxsulluğun artmasına, işsizliyə, əhalinin ölkədən xaricə getməsinə və böhranın digər təzahürlərinə gətirib çıxarıb. Necə deyərlər, siyasətçi seçkilər, dövlət lideri isə gələcək nəsillər barədə düşünür", - E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi münaqişənin həll olmasını istəyirsə, birmənalı şəkildə və artıq maneələr çıxarmadan siyasi iradə və bu istiqamətdə praktik addımlar nümayiş etdirməlidir.

"Biz isə öz tərəfimizdən belə yanaşmanı tam dəstəkləyəcəyik. Amma bunu sadəcə, bəyan etmək yox, həm də həyata keçirmək lazımdır", - XİN başçısı vurğulayıb.