:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Yaponiya imperatoru ABŞ prezidentini qəbul edib

Font

Yaponiyanın yeni imperatoru Naruhito ABŞ prezidenti Donald Trampı özünün Tokiodakı sarayında qəbul edib.

Bu barədə "NHK” telekanalı məlumat yayıb.

Məlumata görə, Tramp yeni imperatorun qəbul etdiyi ilk ölkə lideridir. ABŞ prezidentini və onun xanımı Melaniyanı imperator Naruhito və imperatriça Masako digər dövlət xadimləri ilə birgə qarşılayıb.

Saraya daxil olmazdan öncə D.Trampı və onun xanımını fəxri qarovul dəstələri qarşılayıb. Daha sonra hər iki ölkənin himnləri səsləndirilib. ABŞ lideri və xanımı bundan sonra imperatorun adətən qonaqları qəbul etdiyi "Bambuk zal”a daxil olub.

İmperatorun qəbulunun ardınca Tramp Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşüb. Bildirilir ki, tərəflər iki ölkə arasındakı ticarət əlaqələrini və eləcə də Koreya yarımadası ilə bağlı məsələləri müzakirə edib.