:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Messi karyerasında 6-cı dəfə "Qızıl butsu" alıb

Font

İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 6-cı dəfə Avropanın ən yaxşı bombardiri olub.

2018/19-cu illər mövsümündə İspaniya çempionatında 36 qol vuran Messi "Qızıl butsu" mükafatı uğrunda mübarizədən qalib ayrılıb.

Argentinalı vurduğu qollar sayəsində 72 xal toplayıb, onun ən yaxın izləyicisi Kilian Mbappenin (PSJ) hesabında isə 66 xal var.